Xoş gəlmisiniz Qeydi

2020-2021-ci illərdə keçirilən konfransın reqlamentinə sadiq qalaraq, Dil, Ədəbiyyat və Dilçilik fəlsəfəsi üzrə Beynəlxalq Konfrans (ICPL 2022) bu il də elmi araşdırmalar vasitəsilə dil fəlsəfəsi, ədəbiyyat və linqvistikanın inkişafina öz töhfəsini verən her kəsi bir araya gətirməyi qarşısına məqsəd qoyur. Bu cür konfransların təşkili münasibətlərin həm akademik, həm də şəxslərarası konteksdə inkişafına təkan verərək elmi neticələrin,
ideyaların, və akademik təcrübənin mübadiləsinə və təkmilləşdirilməsinə müsbət şərait yaradır.

 

Əminliklə deyə bilərik ki, ötən il olduğu kimi, bu il də Azərbaycan öz zəngin tarixi, mədəni, ədəbi, və linqvistik irsi ilə iştirakçıların yaddaşında silinməz iz buraxacaq. Dünən və bu günün, köhnə və yeninin, qədimlik və müasirliyin mistik vəhdətinden yoğrulan Bakı da öz növbəsində bu önəmli hadisəyə şahidlik edəcək. Bakının qonağı olan heç kəs şəhərin həmin təzaddan doğan müəmmalı ancaq bir o qədər də qarşısıalınmaz duallığına etinasız qala bilmir.

 

Əvvəlki konfransların təcrübəsindən faydalanmaqla bərabər daha yaxşısını ərsəyə gətirməyi qarşısına məqsəd qoyan və bu məqsəd ətrafında sıx birləşən təşkilat komitəsi, müəllim heyəti, akademikler, məzunlar, və beynəlxalq iştirakçılar  tədbirin daha da yaddaqalan olması üçün bütün səylərini səfərbər edəcək.

 

Bundan əlavə, konfransa canlı qoşula bilməyən tədqiqatçılar öz tezislərini onlayn şəkildə də təqdim edə bilərlər. Pandemiya dövrünə təsadüf edən elmi konfranslar tədqiqatçıları onlayn təqdimat forması vasitəsilə araşdırmalarını tanıtmağa sövq etdi ve 2020-2021-ci illərdə keçirilən Dil, Ədəbiyyat və Dilçilik fəlsəfəsi üzrə Beynəlxalq Konfrans da elmi araşdırmaçıların aktiv və məhsuldar onlayn iştirakı  nəticəsində ərsəyə gətirildi.

 

Akademik konfranslar yeni insanlarla, mədəniyyətlərlə tanışlıq və akademik fikir mübadiləsi ücün münbit şərait yaradır. Bu da öz növbəsində peşəkar təcrübənin dərinləşməsinə zəmanət verir. Dil, Ədəbiyyat və Dilçilik fəlsəfəsi üzrə Beynəlxalq Konfransa (ICPL 2022) sahiblik edən Bakı da bu missiyanı layiqincə yerinə yetirməyi öz öhdəsinə götürür.

 

Tədqiqatçıların rahatlığını təmin etmək məqsədilə həm canlı, həm də onlayn formatda təşkil olunacaq konfransda hər birinizin iştirakını səbirsizliklə gözləyirik.

Vacib tarixlər

Konfransın keçirildiyi günlər:

2-3 Dekabr

 

Xülasənin qəbulu üçün son tarix:

1 Noyabr

Bildirişin göndərilməsi/Qeydiyyatın başlanması:

28 Oktyabr

Məqalələrin qəbulu (başlanma tarixi):

1 Noyabr

Qeydiyyatdan keçmək üçün son tarix:

12 Noyabr