Məqalə ingilis dilində qələmə alınmalıdır və onun məzmununda maksimum 2500 söz istifadə edilə bilər. Məqaləni mətn redaktorunda Times New Roman şrifti, 1.0 ara məsafə və 12 punktla qələmə alın.
Xülasənin məzmununda maksimum 300 söz istifadə edilə bilər. Xülasə akademik kriteriyalara cavab verməlidir. Bu səbəbdən xülasəni tərtib edərkən tədqiqatın obyekti/məqsədləri, elmi araşdırma modeli, analitik yanaşma, data analizi, məlumatların sistematik təsviri, tədqiqat metodlarından istifadə və nəticənin xülasənin məzmununda öz əksini tapmasına diqqət yetirin. Xülasəyə biblioqrafiya, diaqram, qeydlərin daxil edilməsi yolverilməzdir.
Xülasə qəbul edildikdən sonra iştirakçılardan məqaləni göndərmək xahiş olunacaq. Lakin həm xülasə, həm də məqaləni ilk qeydiyyat mərhələsində də göndərə bilərsiniz. Saytda qeydiyyatdan keçdikdən sonra iştirakçı öz adını və parolunu istifadə edərək məqaləni yükləyə bilər. Aşağıda sizə hazır məqalə nümunəsi təqdim edilib. Məqaləni həmin nümunənin köməyi ilə tərtib edə bilərsiniz: Şablonu yükləyin
1 Noyabr
28 Oktyabr
1 Noyabr
12 Noyabr