Nəşrlər

Elmi komitə tərəfindən konfransa qəbul edilən bütün xülasələr "Xülasələr kitabı" elektron məcmuəsində nəşr ediləcək. Bundan əlavə, elmi komitənin ciddi nəzarətindən keçərək seçilən bir sıra məqalələr nüfuzlu “Thomson Reuters”in “Web of Science” platformasında indeksləşdirilən "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı"nda dərc ediləcək. "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı" humanitar, sosial, ictimai, siyasi sahələr üzrə nəzəri və tətbiqi, ciddi elmi axtarışları, orijinallıq və aktuallığını saxlayan mövzular üzrə elmi məqalələri dərc edir. 

Vacib tarixlər